İsrail Prezidenti İlham Əliyevə zəng etdi

Dekabrın 24-də İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button