“O, Qafqazın böyük oğludur” – Saakaşvili İlham Əliyevi təbrik edib

Gürcüstanın hazırda həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Saakaşvili sosial şəbəkə hesabında paylaşdığı mesajda Prezident İlham Əliyevi “Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu” adlandırıb. O bildirib ki, İlham Əliyev bir çoxlarının arzuladığı tarixi nailiyyətlərə imza atıb.

Sabiq Prezidentin sözlərinə görə, İlham Əliyev Azərbaycan torpaqlarını azad edərək sülhü təmin edib və ölkəni beynəlxalq siyasətdə obyekt olmaqdan çıxararaq mühüm qlobal subyektə çevirib. Saakaşvili qeyd edib ki, müasir tarixdə az sayda dünya lideri bu cür uğurlarla öyünə bilər.

Mixail Saakaşvili vurğulayıb ki, Prezident İlham Əliyev adını tarixə qızıl hərflərlə yazdırıb və onun fəaliyyəti əsrlər boyu xatırlanacaq. O, Azərbaycan Prezidentilə dostluq və sıx əməkdaşlıq etdiyini qürurla xatırladığını bildirib.

Paylaşımda İlham Əliyevin xalqın ləyaqətini qətiyyətlə müdafiə edən, prinsiplərindən dönməyən əsl lider nümunəsi göstərdiyi qeyd olunub.

Sonda Mixail Saakaşvili Prezident İlham Əliyevə uzun ömür, Azərbaycan dövlətinə isə rifah və tərəqqi arzulayıb.

“Polise.az”

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button