Binəli Yıldırım İlham Əliyevə təbrik məktubu göndərib

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Polise.az  xəbər verir ki, təbrikdə deyilir:

“Cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqını qələbələrə aparan liderliyiniz ölkənizin müasir tarixində dönüş nöqtəsi təşkil edir. Nümayiş etdirdiyiniz qətiyyətli mövqe təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.

Zati-alinizin strateji uzaqgörənliyi və uğurlu dövlətçilik fəaliyyəti bölgəmizdə sülhün, sabitliyin və gələcəyə inamın möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu proses güclü dövlətçiliyin və milli birliyin eyni məqsəd ətrafında necə davamlı uğura çevrilə biləcəyini əyani şəkildə nümayiş etdirdi.

Sizin rəhbərliyinizlə Azərbaycan milli birlik, qətiyyətli iradə və güclü dövlət anlayışının parlaq nümunəsini ortada qoymuşdur. Bu mövqe türk dünyası üçün ruhlandırıcı yol xəritəsi rolunu oynayır.

Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar arzulayıram.

Dərin ehtiramla,

Binəli Yıldırım

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button