Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir, 357 nəfər saxlanılıb -Yenilənib

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir.
APA NTV-yə istinadən xəbər verir ki, 21 vilayətdə keçirilmiş əməliyyat nəticəsində 357 nəfər saxlanılıb.
***
11:05
İstanbulda İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı aralarında Yalovadakı İŞİD üzvləri ilə əlaqəsi olan 41 şübhəli də daxil olmaqla, ümumilikdə 110 şübhəli şəxs saxlanılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, araşdırma çərçivəsində məsciddə fitrə, zəkat və ianə adı altında toplanan pulların terror təşkilatına, Suriyada düşərgələrdə saxlanılan tərəfdarlarına və məscid daxilində təlim–mədrəsə fəaliyyətlərinə yönəldildiyi müəyyən edilib.
Polise.az



