Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olundu

Sosial şəbəkədə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan, əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova həbs olunub.
Bu barədə Poliae.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ondan narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Polise.az



