Netanyahunun gözü qarşısında: Tramp Qəzzada Türkiyə ordusunu dəstəklədi

BŞ prezidenti Donald Trump İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə keçirilən mətbuat konfransında Qəzza zolağında Türkiyə hərbi qüvvələrinin mümkün iştirakı ilə bağlı suala cavab verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə The Times of Israel portalı məlumat yayıb.

O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə “çox yaxşı münasibətləri” var və bu məsələ müzakirə oluna bilər.

Trampın sözlərinə görə, müzakirələr müsbət nəticə verərsə, belə bir variant məqbul ola bilər. O, Türkiyənin regional proseslərdə rolunu yüksək qiymətləndirərək bildirib ki, Ankara özünü “çox yaxşı tərəfdən göstərib” və onun üçün etibarlı tərəfdaş olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button