Vilson İrandakı etirazlar barədə: Rejim Moskvaya qaça bilər

“Böyük fars irsinin dəyərini göstərən və onu qoruyan İran etirazçılarını dəstəkləyirəm”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin respublikaçı senatoru Co Vilson İranda davam edən etiraz aksiyaları barədə deyib.
“Suriya göstərdi ki, hətta 54 illik diktatura belə Moskvaya qaçmağa məcbur qala bilər”, – senator qeyd edib.
Konqresmen Bred Şerman da etirazçılara dəstək verib:
“İran xalqı bir daha küçələrə çıxaraq, onun sərvətləri və həyatını talan edib bölgədə sonsuz proksi müharibələri aparan qəddar rejimə etiraz edir. Bu gün və həmişə demokratiya və vətəndaşları qarşısında məsuliyyətli hakimiyyət istəyən İran xalqının yanındayam”.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi də İranda cərəyan edən hadisələrlə bağlı açıqlama verib:
“Tehranın öz xalqına qarşı amansız repressiyaları dəhşətlidir. İran xalqı daim şəxsi maraqları vətəndaşlarının ehtiyaclarından üstün tutan bu bacarıqsız və korrupsiyalaşmış rejimdən daha yaxşısına layiqdir. İranlılar və onların daha yaxşı bir yol seçmək hüququnun yanındayıq”.
Polise.az



