Rusiya Naxçıvan yolunda pusquda-amerikalıları niyə saxladı?

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Ermənistan-İran sərhədi yaxınlığında “Tramp yolu” ərazisində reportaj hazırlayan amerikalı jurnalisti saxlaması bəzi haqlı suallar doğurub.

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, “PBS News” un müxbiri Saymon Ostrovski bölgəyə televiziya reportajı hazırlamaq üçün gəlibmiş. Mehridə Saymov və prodüser Katya Patin FTX əməkdaşları tərəfindən saxlanılıblar. Amerikalı jurnalistlərə məlumat verilib ki, bu sərhəd zonasında foto və videoçəkiliş qadağandır. Amma FTX onlara ilk dəfə yalnız rəsmi xəbərdarlıq edib.

Ostrovski öz sosial şəbəkə hesabından hesabatında yazıb ki, “Tramp yolu”nu strateji əhəmiyyətli Cənubi Qafqaz regionunun geosiyasi xəritəsini dəyişdirmək potensialına malikdir. Bununla belə, o qeyd edir ki, Ağ Evin təklif etdiyi sülh vizyonu reallaşmazdan əvvəl Ermənistan-İran sərhədində bir çox ciddi maneələri dəf etmək lazımdır. Jurnalistə görə, regionun ərazisi böyük mühəndislik problemi yaradır və təklif olunan dəhliz ABŞ-nin bu yaxınlarda bombaladığı İranın yaxınlığından keçəcək. Bundan başqa, Ermənistan qarşılıqlı müdafiə müqaviləsi əsasında sərhəd təhlükəsizliyini Rusiyaya verib. Amerikalı çəkiliş qrupu Rusiya sərhədçiləri tərəfindən saxladıqlarını belə izah ediblər.

Ostrovski FSB sərhədçisi ilə söhbətinin təfərrüatları haqda yazıb. Bildirilir ki, tərcüməçi vasitəsi ilə ruslar onların amerikalıolduğunu öyrəndikdən sonra rəsmi xəbərdarlıq ediblər. Sərhədin bilavasitə yaxınlığında çəkiliş aparılmasının qəbuledilməz olduğunu izah edərək sərbəst buraxılıblar. Ostrovskinin sözlərinə görə, rus hərbçiləri əslində amerikalı jurnalistlərin ərazidə nə ilə məşğul olduqları ilə maraqlanıb.
Ostrovski “Tramp yolu”nun gələcəkdə amerikalı şirkət tərəfindən idarəolunmasını sual altına alır. Amerika şirlkətinin Rusiya sərhədçiləri ilə qarşılıqlı əlaqələrinin necə nizamlanacağı hsaqda qeyri-müəyyənlik qaldığını da yazıb. Jurnalistin fikrincə, bu, bu sülh planının qarşısında duran bir sıra həll olunmamış problemlərdən yalnız biridir.

“PBS News”un jurnalisti onu da qeyd edir ki, son illər Rusiyanın regionda təsiri nəzərəçarpacaq dərəcədə zəifləyib, Ermənistan cəmiyyətinin Moskvaya münasibəti kəskin şəkildə pisləşib. Yerli sakinlərdən biri ona açıq şəkildə deyib ki, Rusiya Ermənistanın müttəfiqi deyil, düşmənidir və rus qoşunlarının ölkədən çıxarılmasını istəyrlər.

Ostrovski vurğulayır ki, “Tramp yolu” layihəsi təkcə regional nəqliyyat marşrutu deyil, həm də nadir torpaq mineralları və digər strateji resurslarla zəngin olan Orta Dəhlizin vacib hissəsidir.

Ostrovski qeyd edib ki, hələ həll olunmamış detallara baxmayaraq, davamlı sülh Azərbaycan, Ermənistan və bütün region üçün faydalı olacaq. Bununla belə, onun qiymətləndirməsinə görə, yalnız uduzan bir tərəf var-Rusiya.

Amerikalı jurnalist Ermənistanın Rusiya ilə münasibətlərini “son dərəcə həssas mövzu” adlandırıb.

“Zəngəzur bölgəsindən keçən kommunikasiya yollarını açarkən Rusiya sərhədçilərinin olmasını nəzərə almaq lazımdır”. Bunu Rusiya rəsmiləri ən müxtəlif səviyyələrdə dəfələrlə bəyan ediblər. Rusiya tərəfi iddia edir ki, Ermənistan və Azərbaycan liderlərinin 2020-22-ci illər üçün üçtərəfli sazişlərini aktual hesab edir, çünki tərəflərdən heç biri bu sazişlərdən çıxdığını bəyan etməyib. Yəni Rusiya deyir ki, 10 noyabr sənədi hələ qüvvədədir, Tramp dəhlizi açılarkən rus əsgərləri və Ermənistanın Acrasiya İqtisadi İttifaqına üzvü olması nəzərə alınmalıdır. Amerikalı jurnalistlərin saxlanılması da həm də o mesajdır ki, “Tramp yolu”nun açılmasında Rusiyanın da mövqeyi mütləq nəzərə alınmalıdır.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button