Tramp:”İrandakı etirazlarlarda zor tətbiq edilərsə, müdaxilə edəcəyik”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etirazlar güc tətbiq edilməklə yatırılarsa, Vaşinqton ora müdaxilə edə bilər.

“Report” xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.

“Əgər İran dinc nümayişçilərə atəş açıb və onlarla amansız davranarsa, ABŞ onlara kömək edəcək. Biz silahlanmışıq və döyüşə hazırıq”, – D.Tramp yazıb.

Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button