Türkiyə hörmətə layiqdir, dəstəkləməliyik – Merkel
“Oruc Rəis” tədqiqat gəmisinin Antalya limanına geri dönməsi Avropa Birliyi zirvəsi öncəsi müsbət bir işarədir.
Bu açıqlama ilə Almaniya kansleri Angela Merkel çıxış edib.
Merkel bu məsələnin 10-11 dekabr zirvəsində nəzərə alınacağını söyləyib.
Türkiyənin dünyada ən çox miqrantlara ev sahibliyi edən ölkə olduğunu vurğulayan Merkel AB daxilində qaçqınların müzakirəsində çətinlik çəkdiklərini deyib:
“Türkiyə bu baxımdan hörmətə layiqdir və dəstəkləməyə davam etməliyik”.