Keçmiş konqresmen: Tramp Venesuelanı idarə etmək istəyir

ABŞ-nin sabiq konqresmeni, Demokratlar Partiyasının nümayəndəsi Dennis Kusiniç Prezident Donald Tramp administrasiyasının Venesuelanı nəzarətə götürməyə çalışdığını bildirib. Onun sözlərinə görə, ABŞ-də bu cür addımların qarşısını almağa qadir olan yeganə qurum Konqresdir.

Teleqraf xəbər verir ki,Kusiniç bu fikirləri TASS-a açıqlamasında səsləndirib.

“Yalnız ABŞ Konqresi müharibə tərəfdarı olan ‘şahinlərin’ qanadlarını dərhal qıra bilər”, – deyə o vurğulayıb.

Keçmiş konqresmen qeyd edib ki, Venesuelanı və digər ölkələri idarə etmək istəyən hazırkı administrasiya qarşıdakı dövrdə amerikalı seçicilərin mövqeyi ilə üzləşəcək. Onun sözlərinə görə, 2026-cı ilin 3 noyabrında keçiriləcək aralıq seçkilərində ABŞ xalqı “əbədi müharibə” kursunu dəstəkləyən respublikaçıları və bəzi demokratları cəzalandıracaq. Həmin seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 33 üzvü yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.

Kusiniç Tramp administrasiyasının Venesuela prezidenti Nikolas Maduronun saxlanılmasını, Karakasa endirilən zərbələri və Bolivar Respublikasının neft ehtiyatlarına nəzarət cəhdlərini açıq və qanunsuz hərbi təcavüz aktları adlandırıb.

Qeyd edək ki, Dennis Kusiniç 2004 və 2008-ci illərdə ABŞ-də prezident seçkilərində iştirak edib, həmçinin Klivlendnin meri vəzifəsində çalışıb. O, eyni zamanda ABŞ Konqresində Rusiya ilə dostluq və əməkdaşlığın gücləndirilməsi üzrə işçi qrupunun təsisçilərindən biri olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button