İranda etirazlar zamanı 3 nəfər həlak oldu

İranın İlam əyalətində qarşıdurmalarda üç nəfər ölüb.
Polise.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlikşah bölgəsində hadisələr hüquq-mühafizə orqanlarından birinə silahlı şəxslərin daxil olmağa cəhdi nəticəsində gərginləşib.
Qeyd edilib ki, qarşıdurmalar zamanı bir mülki şəxs və iki hücumçu ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Xatırladaq ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir. \Teleqraf\
Polise.az



