MADURO NYU-YORKA GƏTİRİLİB – Həbsxanaya aparılıb + VİDEO

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Nyu-Yorkun Bruklin şəhərindəki istintaq təcridxanasına aparılıb.

“AzPolitika” xəbər verir ki, bu barədə CNN Nyu-York polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Maduro və Floresin olduğu təyyarə yerli vaxtla saat 16:30 radələrində Nyu-Yorkdakı Stüart Hava Milli Qvardiyasının bazasına eniş edib.

Telekanal xəbər verir ki, bundan əvvəl o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vertolyotla Manhettenə aparılıb. Buradan isə onun ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə, oradan isə həbsxanaya göndərildiyi bildirilir.

Təcridxananın qarşısında böyük izdiham yaranıb, bəzilərinin əlində Venesuela bayraqları olub.

APA xəbər verir ki, “NBC News”un məlumatına görə, Maduro 5 yanvar tarixində Nyu-Yorkda məhkəmə qarşısına çıxa bilər.

 

 

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button