Venesuelanın vitse-prezidentindən hücumlarla bağlı qalmaqallı açıqlama

Venesuela hakimiyyətinin vitse-prezidenti Delsi Rodriges ölkəyə qarşı həyata keçirildiyi iddia olunan hücumlarla bağlı mübahisəli bəyanatla çıxış edib.
Musavat.com-un məlumatına görə Rodriges bildirib ki, dünya hökumətləri Bolivariya Venesuela Respublikasının bu cür hücumun hədəfinə çevrilməsindən “şoka düşüb”. Onun sözlərinə görə, baş verənlər “açıq şəkildə sionist çalara malikdir” və “sionizmlə bağlı sui-qəsd xarakteri daşıyır”.
Açıqlama beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub və bir sıra dairələr tərəfindən kəskin tənqid olunub. Rəsmi Karakasdan məsələ ilə bağlı əlavə izah verilməyib.
Qeyd edək ki, Venesuelada baş verən son hadisələr fonunda rəsmi şəxslərin sərt və ziddiyyətli bəyanatları beynəlxalq gərginliyi daha da artırır.
Polise.az



