Tramp Maduroya Türkiyəyə sürgün olunmağı təklif edibmiş-KİV

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyəyə sürgün olmağı təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə NYT məlumat yayıb.
Məlumata görə, Nikolas Maduro bu ultimatumdan imtina edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.
Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.
Ölkədə fövqəladə vəziyyət elan edilib.
Polise.az



