Gözlənilməz həmlə: Zəngəzur dəhlizini itirdilər

Rusiya mühüm müttəfiqi, Venesuela Prezidenti Nikolas Maduronun həbsindən sarsılıb. Bununla yanaşı, Moskvada ABŞ Prezidenti Donald Trampın Venesuelaya müdaxiləsi həm də böyük dövlətlər siyasətinə qayıdış kimi qəbul olunur – iri, imperiya ambisiyalı dövlətlərin öz regional təsir zonalarında cəzasız hökmranlıq etdiyi dünya nizamına dönüş kimi.

Polise.az Teleqraf – a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Nəşr bildirib ki, Rusiyanın qeyri-sabit iqtisadiyyatı yeni sanksiyalardan zərər görür, bu, Moskvanın Venesuelaya olan marağını tədricən azaldıb. Mütəxəssislər hesab edirlər ki, Ukraynadakı müharibə Rusiya üçün Venesuela məsələsindən qat-qat daha aktualdır.

“The Washington Post” həmçinin qeyd edib ki, Kremlin Venesuelada baş verənlərə reaksiyasızlığını digər mühüm müttəfiqləri – Suriya, İran və Ermənistan da görüb:

“Onlar da Moskvanın dəstəyinə ümid bağlamışdılar. Devirilmiş suriyalı diktator Bəşər Əsəd 2024-cü ilin dekabrında Dəməşqdən qaçdıqdan sonra Moskvada yaşayır. Avqustda isə Ermənistan Ağ Evdə özünün köhnə düşməni Azərbaycanla sülh razılaşması imzalayıb, bu zaman Tramp qürurla gülümsəyirdi. Həmin çərçivədə ABŞ-yə regionun mühüm strateji halqası sayılan, uzun müddətdir mübahisə predmeti olan Zəngəzur dəhlizini idarə etmək və inkişaf etdirmək hüququ da verilib”.

Analitik Nil Melvin də deyib ki, bu, Rusiya lideri Vladimir Putin üçün müttəfiq itirməsi baxımından ilk hal deyil: “Rusiya əvvəl Ermənistan, Suriya, indi isə Venesuelanı itirdi”.

Ekspertin sözlərinə görə, Rusiya Ukraynaya qarşı müharibəni daha da kəskinləşdirdikcə və bu cür münasibətləri qoruyub saxlamaq üçün kifayət qədər resurslara malik olmadıqca, beynəlxalq mövqeləri xeyli zəifləyir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button