“Türkiyə Hava Yolları” İrana uçuşları dayandırdı

İranın bəzi bölgələrində baş verən etirazlar və gərginliklər səbəbindən “Türkiyə Hava Yolları” ölkəyə olan bütün uçuşlarını müvəqqəti olaraq ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, “Türkiyə Hava Yolları” 9-10 yanvar tarixlərində 17 uçuşunu ləğv edib. Bu uçuşlar Tehran, Təbriz və Məşhəd istiqamətində həyata keçiriləcəkdi.
Polise.az


