Putinlə danışmağın vaxtı çatıb-Meloni

“Avropa İttifaqı üçün Rusiya ilə danışmağın vaxtı çatıb”.

Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

Baş nazir bu fikri mətbuat konfransında müavini Matteo Salvininin Rusiya ilə dialoqu dəstəkləyən mövqeyi ilə bağlı suala cavab verərkən səsləndirib:

“Salvini Fransa Prezidenti Emmanuel Makron kimi, Rusiyanın İtaliya ilə münasibətləri barədə fikirlərini ifadə edib. Bu halda, məncə, Makron haqlıdır, hesab edirəm ki, Avropa İttifaqının da Rusiya ilə danışıqlara başlamasının vaxtıdır.

Əlbəttə, məsələ bunu kimin edəcəyi ilə bağlıdır”.

Xatırladaq ki, Emmanuel Makron bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinlə danışıqların vaxtının çatdığını açıqlamışdı.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button