ABŞ İrana zərbə endirmək planlarını müzakirə edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün hərbi zərbələrə dair variantları ilkin səviyyədə müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti rəsmi mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, nəzərdən keçirilən variantlardan biri İrandakı bir sıra hərbi hədəflərə qarşı genişmiqyaslı seriyalı hava hücumlarıdır.

Nəşrin mənbələrindən biri iddia edir ki, bu müzakirələr standart planlaşdırma çərçivəsində aparılır və zərbələrin həqiqətən həyata keçiriləcəyinə dair heç bir əlamət yoxdur. Hücuma hazırlıq məqsədilə heç bir hərbi və ya texnika hərəkəti həyata keçirilməyib.

Yanvarın 9-da Amerika prezidenti bildirib ki, ölkədəki iqtisadi vəziyyətdən narazı olan etirazçılar məhv edilərsə, ABŞ İrana çox güclü zərbə vuracaq.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button