Üç ölkədə İran bayrağı endirildi

İranın Kanberra şəhərindəki (Avstraliya) səfirliyində İslam Respublikası bayrağı aşağı endirilərək, yerində “Şir və Günəş” bayrağı qaldırılıb.
Polise.az xəbər verir ki, bundan əvvəl İranın Norveç və Böyük Britaniyadakı səfirliklərində də İslam Respublikasının bayrağı endirilib.
İran Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar Böyük Britaniya səfirini çağırıb.
İranın sonuncu şahının oğlu Rza Pəhləvi bundan əvvəl xaricdə yaşayan iranlılara ünvanladığı mesajında bildirmişdi:
“İran xaricindəki bütün səfirlik və konsulluqlar İran xalqına aiddir. Artıq İslam Respublikasının utancverici bayrağının yerində İranın milli bayrağının qaldırılmasının vaxtıdır”.
Xatırladaq ki, üzərində “Şir və Günəş” təsviri olan bayraq Pəhləvi ailəsinin İranda hakimiyyətdə olduğu dönəmə (1925-1979) aiddir.
Polise.az



