Yeddi vəkil cəzalandırıldı

Vəkillər Kollegiyasının 7 üzvü barəsində yol verdikləri pozuntulara görə intizam tənbehi tədbirləri tətbiq olunub.
Polise.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Rəyasət Heyətinin müvafiq qərarları ilə 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.
Eyni zamanda Prezident İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən VK-nın 8 üzvü – Alməmmədov Nəriman Əli oğlu, Əliyeva Aytəkin Güləli qızı, Qazıbəyov İbrahim Mehman oğlu, Maxsudova Ülkər Taleh qızı, Mirzəzadə Asim Vilayət oğlu, Mustafayev Cavidan Mustafa oğlu, Səfərli Günel Adil qızı, Süleymanov Cavid Loğman oğlunun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və vəkil kabinetinin ləğv edilməsi ilə barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Polise.az



