Tramp Ağ Evdə Venesuela müxalifət lideri ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ilə görüşüb.

Teleqraf xəbər verir ki, Mariya Korina Maçado daha öncə Nobel Sülh Mükafatını Amerika liderinə təhvil verməyə hazır olduğunu açıqlayıb .

Maçado əvvəllər Trampın Venesuelaya hücumuna görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirmişdi.

2025-ci il Nobel Sülh Mükafatı Maçadoya “Venesuela xalqının demokratik hüquqlarının irəliləməsi uğrunda yorulmaz fəaliyyətinə” görə verilib. ABŞ-nin Venesuelaya hücumundan sonra Maçado ölkə müxalifətinin hakimiyyəti ələ keçirməyə hazır olduğunu qeyd etsə də, Tramp ölkədə onun dəstəyinin olmadığını iddia edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button