Körfəz üçlüyü Trampı İrana şans verməyə inandıra bilib

Səudiyyə Ərəbistanı, Qətər və Oman ABŞ Prezidenti Donald Trampı İrana hücum etməməyə inandıra bilib.

Polise.az APA -ya itinadən xəbər verir ki, bu barədə AFP-yə yüksək rütbəli Səudiyyə Ərəbistanı rəsmisi bildirib.

O qeyd edib ki, “Körfəz üçlüyü uzun və həyəcanlı diplomatik səylərə rəhbərlik edib”.

Rəsminin sözlərinə görə, məqsəd Donald Trampı “İrana şans verməyə inandırmaq” olub.

Mənbə, həmçinin, əlavə edib ki, qazanılmış etimadı möhkəmləndirmək məqsədilə danışıqlar davam edir.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button