Fon der Leyen: Aİ İrana qarşı sanksiyaları daha da sərtləşdirə bilər

Avropa İttifaqı (Aİ) hakimiyyət orqanları İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsi imkanını istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kipr prezidenti Nikos Xristodulidis ilə birgə mətbuat konfransında bildirib.

Fon der Leyenin sözlərinə görə, Kiprdə başlayan və iki gün davam edəcək Aİ komissarları kollegiyasının iclası çərçivəsində Tehrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlər müzakirə olunur. O, ABŞ və İsrailin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı suala cavabında qeyd edib ki, digər ölkələrin addımlarını şərh edə bilməz, lakin Aİ sanksiyaların sərtləşdirilməsi variantını nəzərdən keçirir.

Avropa Komissiyasının sədri vurğulayıb ki, İranda keçirilən hökumətə qarşı etiraz aksiyalarının iştirakçıları Aİ rəhbərliyinə müraciət edərək, öz ölkələrindən yeni şəxslərin sanksiya siyahılarına salınmasını xahiş ediblər. Fon der Leyen bildirib ki, İranda baş verənləri yaxşı anlayır və etirazçıların müraciətlərinə müsbət yanaşmağa hazırdır.

“Bəli, biz bunu edəcəyik”, – deyə Avropa Komissiyasının sədri əlavə edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button