KİV:İranda cəsədləri qaytarmaq üçün ailələrdən pul istənilir

İranda etiraz aksiyaları zamanı həyatını itirənlərin ailələri hakimiyyətin onlardan cəsədlərin verilməsi üçün böyük məbləğdə pul tələb etdiyini bildirirlər.
Ailələrin sözlərinə görə, həlak olan şəxslərin cəsədləri morq və xəstəxanalarda saxlanılır, təhlükəsizlik qüvvələri isə pul ödənilmədən onları təhvil vermir.
BBC-yə danışan bir neçə mənbə qeyd edib ki, bu praktika müxtəlif şəhərlərdə tətbiq olunur. Məsələn, Rəşt şəhərinin şimalında yaşayan bir ailədən yaxınlarının cəsədini almaq üçün 700 milyon tümən, yəni təxminən 5 min dollar tələb edilib. Tehranda isə kürd mənşəli bir ailəyə ölmüş yaxınlarının meyitini götürmək üçün 1 milyard tümənə yaxın, təxminən 7 min dollar ödəməli olduqları bildirilib.
Müstəqil təşkilatların açıqlamasına görə, ölkə üzrə iki həftədən artıq davam edən etirazlar zamanı indiyədək azı 2435 nəfər həlak olub. Ailələr bu cür tələbləri insanlıqdan kənar və təzyiq vasitəsi kimi qiymətləndirirlər.
Polise.az



