Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb – VİDEO

 

Üzərində qanunsuz odlu silah-sursat saxlayan 38 yaşlı Səxavət Kərimov Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ondan 1 ədəd lüləsi kəsilən tüfəng və 4 ədəd patron aşkarlanıb.

Həyata keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 32 yaşlı Nüsrət Qafarov saxlanılıb. Həmin şəxsdən isə heroin, metamfetamin və metadon həbləri götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button