NATO-nun baş katibi Danimarka və Qrenlandiya nazirləri ilə danışıqlar aparacaq

NATO-nun baş katibi Mark Rutte Danimarka müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt ilə görüşəcək.
Polise.az xəbər verir ki, danışıqlar yanvarın 19-da Brüsseldəki NATO qərargahında keçiriləcək.
Xatırladaq ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət qazanıb. ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib.
Yanvarın 5-də Tramp ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiya ərazisi üzərində nəzarətlə bağlı planlarını açıqlayıb.
Polise.az



