Bakıda uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb

Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Polisdən bildirilib ki, sözügedən fakt nəzarətə götürülüb.

Qeyd edək ki, Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində İsmayılov Fikrət Hüseynqulu oğlu, 2009-cu il təvəllüdlü övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.

Uşaq xəstəxanaya çatdırılıb.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button