PKK-nın Suriya qanadı ləğv edilir

Suriya hökuməti ilə PKK/SDQ terror təşkilatı arasında orduya tam inteqrasiya və genişmiqyaslı atəşkəs barədə razılaşma imzalanıb.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
PKK terror təşkilatının rəhbər və üzvlərinin bölgədən çıxarılmasını da nəzərdə tutan bu razılaşmadan sonra Suriya mənbələri Hasəkə vilayətinin qərbində YPG/SDQ qüvvələri tərəfindən mülki şəxslərə qarşı qətliam törədildiyi iddialarını gündəmə gətiriblər. Suriya Daxili İşlər Nazirliyi qətliam iddiası ilə bağlı zəruri araşdırmaların başlandığını açıqlayıb.
Suriya ordusunun YPG/SDQ-yə qarşı uğurlu əməliyyatı atəşkəslə nəticələnib. Dünən 14 maddədən ibarət razılaşma imzalanıb. Razılaşmaya əsasən, YPG/SDQ qüvvələrinin Suriya ordusuna tam inteqrasiyası təmin ediləcək, bütün sərhəd-keçid məntəqələri, neft-qaz yataqları Suriya hökumətinin nəzarətinə keçəcək.
Suriya rəhbərliyi razılaşmadan sonra atəşkəs elan edərək əməliyyatları dayandırıb.
Razılaşmanın imzalanmasından sonra çıxış edən Suriya Prezidenti Əhməd Şaraa bəyan edib:
“Suriya dövləti bütövdür, qərar qəbuletmə mexanizmi mərkəzidir, dövlət qurumları Suriyanın bütün ərazilərinə daxil olacaq və bütün regional məsələləri idarə edəcək. Spesifik xüsusiyyətlərə malik bölgələrdə isə təhlükəsizlik əməkdaşları yerli əhali arasından təyin ediləcək”.
Polisde.az



