Lindsi Qrem İran xarici işlər naziri həbslə hədələndi

ABŞ senatoru Lindsi Qrem İran xarici işlər naziri Abbas Əraqçinin İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna dəvət olunmasını tənqid edib.

Polise.az  xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Qremin sözlərinə görə, Əraqçini Davosa dəvət etmək Adolf Hitleri dəvət etmək kimi bir şeydir:

“Doğrudan da nə düşündüyünüzü başa düşmək olmur? İranlı etirazçılar üçün bundan daha pis mesaj təsəvvür etmək mümkün deyil. Avropa elitaları öz mənəvi dəyərlərini itiriblər. Bu hadisə bu günədək mənəvi süqutun bəlkə də ən aydın göstəricisidir, azadlıqdan faydalananlar, onu əldə etmək uğrunda mübarizə aparanları tək qoyurlar”.

Hüquqşünas, BMT Müşahidə Təşkilatının icraçı direktoru Hillel Neuer də Abbas Əraqçiyə müraciətlə bəyan edib ki, əgər bu həftə Davos sammitinə getsə, İsveçrə prokurorlarına onun əleyhinə cinayət şikayəti təqdim edəcək.

Hüquqşünas xarici işlər nazirini İran Ali Milli Təhlükəsizlik Şurasının qərarlarında iştirak etməkdə ittiham edərək, bu qərarların minlərlə etirazçının öldürülməsi ilə nəticələndiyini və bunun insanlığa qarşı cinayət sayıldığını bildirib.

“Həbs, məhkəmə və ədalətin yerini tapmasını gözləyin”, – Neuer Əraqçiyə müraciətlə qeyd edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button