Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Qanlı 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqəlik sükutla anılıb.
Polise.az xəbər verir ki, saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.
Qatarlardan bir dəqiqə ərzində fit verilib.

Polise.az



