Tramp müharibəyə HAZIRLAŞIR…

ABŞ prezidenti Donald Tramp İranla mümkün qarşıdurma üçün geniş hərbi variantlar hazırlayır.

Musavat.com xəbər verir ki, bunu amerikalı siyasi analitik və fəal, Demokratiyaların Müdafiəsi Fondunun (FDD) baş məsləhətçisi Riçard Qoldberq “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.

Siyasətçinin sözlərinə görə, Vaşinqtonun nəzərdən keçirdiyi variantlar arasında rejimin əsas komandanlıq, nəzarət və rabitə infrastrukturlarının, raket proqramının və neft axınlarının hədəfə alınması da var.

Qoldberq müsahibəsində “rejimin başını kəsmək” kimi təsvir etdiyi, rəhbər strukturları iflic etməyə yönələn ssenarilərin masada olduğunu qeyd edib.

Analitikin sözlərinə görə, İranda kütləvi edamlar artıq gizli şəkildə həyata keçirilir və bu proses ABŞ prezidentinin müəyyən etdiyi “qırmızı xətlərin faktiki olaraq pozulması” deməkdir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button