Qazaxıstan Sülh Şurasına üzvlüyə görə 1 milyard dollar ödəməyəcək

Qazaxıstan Sülh Şurasına qoşulmaq üçün 1 milyard dollarlıq ianə ödəməyəcək.

Polise.az  xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətnbuat xidməti məlumat yayıb.

Sazişə əsasən, Sülh Şurasında iştirak dövlətlərin fərdi qərarına əsaslanır. Dövlətlər şuraya daxil olduqları tarixdən etibarən üç il müddətinə üzv ola bilərlər.

“ Nizamnamədə nəzərdə tutulan 1 milyard dollarlıq könüllü ianə üzvlük üçün şərt deyil. Əgər belə bir ianə birinci ildə ödənilərsə, dövlət şuradakı müddətini daha üç il uzada bilər. Qazaxıstan Sülh Şurasına qoşulmaq üçün heç bir pul ödəməyib. Bu, nizamnamənin müddəalarına tam uyğundur”, – məlumatda bildirilib.

Xatırladaq ki, yanvarın 22-də 19 dövlət Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının nizamnaməsini imzalayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button