NATO-da Ukrayna ilə bağlı vəziyyət dəyişir

“Hazırda Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxan alyansa üzv olan ölkələrin sayı tarixi minimum səviyyədədir”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu Ukraynanın NATO-dakı missiyasının rəhbəri Alyona Getmançuk bildirib.

O deyib ki, NATO üzv ölkələri arasında Ukraynanın alyansa dəvət olunması və üzvlüyü barədə hələ konsensus əldə edilməsə də, tendensiya dəyişir:

“Ukrayna ilə NATO arasında münasibətlərin tarixini analiz etsək, bu gün ittifaq üzvləri arasında Ukraynanın gələcəkdə NATO-ya üzv olmasına qarşı çıxan ölkələrin sayı ən aşağı səviyyədədir”.

Getmançuk vurğulayıb ki, alyansda həmişə Ukraynanın üzvlüyünə qarşı olan ölkələr qrupu olub, amma bu qrup tədricən daralır:

“Bəzi ölkələrin mövqeyi dəyişiklik baxımından dönüş nöqtəsindədir. Bu ölkələrə Fransa və Almaniya daxildir”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button