Sürücü hərəkət zamanı sükan arxasında mobil telefondan istifadə edərkən saxlanılıb

Bu günədək aparılan müşahidələr və statistik göstəricilər sübut edir ki, sükan arxasında sürücünün diqqətinin yayınması yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biridir. Hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə etmək sürücünün reaksiyavermə müddətini azaldır və təhlükəli vəziyyətin vaxtında qiymətləndirilməsinə mane olur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yol polisi tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı hərəkət zamanı mobil telefonu əldə saxlamaqla ondan istifadə edən sürücü müəyyən olunub. Onunla maarifləndirici söhbət aparılmaqla qanunvericiliyin tələbləri diqqətinə çatdırılıb.

“Unutmaq olmaz ki, sürücü yalnız öz həyatına deyil, piyadaların, sərnişinlərin və digər hərəkət iştirakçılarının da təhlükəsizliyinə birbaşa cavabdehdir. Bir neçə saniyəlik diqqətsizlik ağır nəticələrə, bəzən isə geridönüşü olmayan faciələrə səbəb ola bilər. Ona görə də hər bir sürücünü məsuliyyətli olmağa və təhlükəli davranışlardan çəkinməyə çağırırıq”,- deyə məlumatda qeyd olunub.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button