Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

ABŞ prezidenti Donald Tramp ötən ilin avqustunda imzalanmış sülh sazişinin şərtlərinə əməl etdiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkür edib.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Tramp qeyd edib ki, regionda baş vermiş son müharibə son dərəcə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir. ABŞ prezidenti vurğulayıb ki, hazırda bölgə sülh və rifah mərhələsinə qədəm qoyur.
ABŞ prezidenti, həmçinin Vaşinqtonun Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib. Tramp əlavə edib ki, ABŞ Ermənistanla dinc nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalamağı, eyni zamanda Amerika yarımkeçirici istehsalçılarının maraqları naminə bir sıra müqavilələr bağlamağı planlaşdırır.
Polise.az



