Tramp Azərbaycana müdafiə avadanlıqlarının satışını nəzərdə tutduğunu açıqlayıb

Donald Tramp ABŞ-nin Azərbaycana Amerika istehsalı olan müdafiə avadanlıqlarının, o cümlədən zirehli geyimlərin, qayıqların və digər məhsulların satışını nəzərdə tutduğunu da açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
ABŞ prezidenti, həmçinin Vaşinqtonun Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək niyyətində olduğunu bildirib. Tramp əlavə edib ki, ABŞ Ermənistanla dinc nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi imzalamağı, eyni zamanda Amerika yarımkeçirici istehsalçılarının maraqları naminə bir sıra müqavilələr bağlamağı planlaşdırır.
Polise.az



