Sabunçuda 67 yaşlı qadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakının Sabunçu rayonunda 1959-cu il təvəllüdlü Həyat Ağayevanı öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə “Report”a Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
Polise.az



