Şok iddia: Kaya Kallas fon der Lyayeni “diktator” adlandırır

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə bağlı kəskin fikirlər səsləndirib.

Polise.az Musavat.com -a istinadən xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri anonim yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Məlumata görə, Kallas şəxsi söhbətlərində fon der Lyayeni “diktator” adlandırır və onun idarəçilik tərzindən ciddi narazılıq edir. Nəşrin sitat gətirdiyi anonim mənbə bildirir ki, Kallas fon der Lyayenin avtoritar davranışından şikayətlənir, lakin bu vəziyyətlə bağlı demək olar ki, heç nə edə bilmədiyini düşünür.

“Politico” yazır ki, Ursula fon der Lyayenin Avropa diplomatiyasının əvvəlki rəhbəri Jozep Borrel ilə də münasibətləri yaxşı olmayıb. Ancaq nəşrin vurğuladığına görə, fon der Lyayenlə Kallas arasındakı gərginlik daha dərin və açıq xarakter daşıyır.

Eyni zamanda qeyd olunur ki, Kallasın Estoniya kimi kiçik bir ölkədən olması onun mövqeyini daha da zəiflədir. Bu amil onun fon der Lyayenlə münasibətlərində təsir imkanlarını məhdudlaşdırır və Brüsseldə siyasi çəkisini azaldır. Müqayisə üçün xatırladılır ki, Borrel daha böyük və təsirli dövlət olan İspaniyanı təmsil edirdi və bu, ona əlavə siyasi manevr imkanları verirdi.

Nəşrin bu iddiaları Avropa İttifaqının ali rəhbərliyində ciddi fikir ayrılıqlarının və daxili qarşıdurmaların mövcudluğunu ortaya qoyur. Ekspertlər hesab edirlər ki, bu cür gərginliklər Aİ-nin vahid və ardıcıl xarici siyasət yürütməsinə mənfi təsir göstərə bilər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button