Bakıda soyğunçuluq edən şəxslər saxlanıldı

Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar. Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

Araşdırma aparılır.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button