ABŞ Dövlət Departamenti: İranı diqqətlə izləyirik

ABŞ Dövlət Departamentinin X-dəki rəsmi səhifəsi Prezident Donald Trampın fotosunun yer aldığı poster paylaşıb.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, paylaşımda ABŞ liderinin İranla bağlı vədinin yerinə yetiriləcəyinə işarə edilib.
Poster üzərində qırmızı rənglə belə bir ifadə yazılıb:
“Prezident Trampın dediyi kimi, İranı diqqətlə izləyirik. Prezident Tramp sözlə yox, əməli ilə danışan insandır”.
Polise.az



