Ukraynalı zabitdən Ərdoğanla bağlı SENSASİON ETİRAF: 2022-ci ildə…

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Mariupolu müdafiə edən Ukrayna Silahlı Qüvvələrinin qarnizonunun xilas edilməsində mühüm rol oynayıb.
Musavat.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Volınski “Ukrayinska Pravda” nəşrinə müsahibəsində bildirib.
Hərbçinin sözlərinə görə, Türkiyə liderinin atdığı addımlar onun şəxsən özü və silahdaşları üçün prinsipial əhəmiyyət daşıyıb.
Volınski qeyd edib ki, həmin dövrdə ukraynalı hərbçilərə göstərilən xüsusi yardıma görə Türkiyə prezidentinə minnətdardır.
Polise.az



