ABŞ–İran toqquşması an məsələsi

Vaşinqton İranda etirazların güc yolu ilə yatırılmasına görə məsuliyyət daşıyan yüksək rütbəli məmur və hərbi komandirlərə qarşı nöqtəvi zərbələr endirmək imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, Middle East Eye nəşrinin məlumatına görə, sözügedən etirazlar zamanı 3000-dən çox insanın həlak olduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp İran sahillərinə doğru “nəhəng hərbi donanmanın” yola salındığını təsdiqləyib. O, zorakılıq halları dayandırılmayacağı təqdirdə son dərəcə sərt tədbirlərə hazır olduqlarını vurğulayıb, eyni zamanda güc tətbiqinə ehtiyac qalmayacağına ümid etdiyini də qeyd edib.
Polise.az



