Özbaşına tikililərin sənədləşdirilməsi qadağandır

Qanunvericiliyə əsasən özbaşına tikililərin sənədləşdirilməsi qadağandır.

Polise.az Teleqraf – a istinadən xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında deyib.

O qeyd edib ki, özbaşına tikil tikinti normaları və qaydaları, habelə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla aparılmış tikinti işləridir:

“Bu anlayış və ona dair hüquqi nəticələr həm Mülki Məcəllədə, həm də Torpaq Məcəlləsində açıq şəkildə təsbit olunub. Biz də çıxışlarımızda mütəmadi olaraq bu məsələ ilə bağlı vətəndaşlarımızın maarifləndirilməsinə xüsusi diqqət yetiririk.

Əsas məsələ ondan ibarətdir ki, icra strukturları olaraq biz yalnız mövcud qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edə bilərik. Qanunvericilikdə hər hansı tənzimləmə aparıldıqdan sonra, yalnız həmin tənzimləməyə uyğun olaraq, torpaq və tikili üzərində heç bir hüquq müəyyənedici sənədi olmayan özbaşına tikililərə münasibət bildirilməsi mümkündür”.

O əlavəe dib ki, istənilən mümkün amnistiya mexanizmi təşviqedici xarakter daşımamalıdır:

“Cəmiyyətdə elə bir münasibət formalaşmalıdır ki, insanlar açıq şəkildə dərk etsinlər: özbaşına tikinti aparmaq olmaz. Bu, qanunla qadağandır və onun sonradan sənədləşdirilməsi məsələsi də yalnız qanunvericiliyin müəyyən etdiyi qaydada və şərtlərlə nəzərdən keçirilə bilər.

Biz də icraçı strukturlar olaraq məhz bu hüquqi tənzimləmələrə uyğun şəkildə fəaliyyət göstərəcəyik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button