Azərbaycanın Türkiyədəki səfiri Rəsulzadənin məzarını ziyarət etdi

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
Polise.az Teleqraf -a əsasən xəbər verir ki, bu haqda Rəşad Məmmədov “X” platformasında bildirib.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni anadan olmasının 142-ci ildönümündə məzarı başında ehtiram və hörmətlə yad etdik. Ruhu şad, məkanı cənnət olsun”, – diplomat qeyd edib.





