Əbu-Dabidə Ukrayna-Rusiya danışıqları keçiriləcək

Təhlükəsizlik məsələləri üzrə Rusiya-Ukrayna işçi qrupu bu gün Əbu-Dabidə görüşəcək.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanala verdiyi müsahibədə təsdiqləyib. O bildirib ki, Vaşinqton və Kiyevin razılaşmasına əsasən ABŞ nümayəndə heyəti Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqlarda iştirak etməyəcək: “Amerikalılar və ukraynalıların razılaşdıqları budur: daha aşağı səviyyədə ikitərəfli danışıq aparmaq”.
23-24 yanvar tarixlərində Əbu-Dabidə Rusiya danışıqlar qrupuna rəhbərlik edən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov əvvəllər məsləhətləşmələrin konstruktiv keçdiyini bildirmişdi.
Polise.az



