Əbu-Dabi danışıqları təxirə salınıb, yeni tarix açıqlanıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə Ukrayna arasında bu gün Əbu-Dabidə keçirilməsi planlaşdırılan danışıqların baş tutmayacağını açıqlayıb.

“Report”un məlumatına görə, o, müvafiq mesajı özünün Telegram kanalında paylaşıb.

“Qrupumuz indi məlumat verdi ki, danışıqlar olmayacaq. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevralda Əbu-Dabidə”, – deyə o yazıb.

Zelenskinin sözlərinə görə, Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin Rusiya-Ukrayna müharibəsini real və ləyaqətli sona yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button