İranın Baş Qərargah rəisi bu ölkələri hədələdi: Siz də yanacaqsınız

“Qan davası hələ də qalır, ən kiçik səhv bizə hərəkətə keçmək üçün tam əsas verəcək”.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi deyib.
“Qarşıdurmaya və intiqam silləsi vurmağa tam hazırıq. Biz yalnız qələbə haqqında düşünürük. Düşmənin səs-küyü və zahiri heybətindən qorxmuruq.
Dünya İran İslam Respublikasının fərqli simasını görəcək. O zaman amerikalılar təhlükəsizlik içində olmayacaq, regiona düşəcək alov ABŞ və müttəfiqlərini də yandıracaq”, – o vurğulayıb.
Polise.az



