Paytaxtda iki gəncdən 26 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 26 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. X.Həmzəyev və K.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Polise.az



