Vəziyyət dəyişib – Əsas hədəflər belə vurulacaq

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, İran ətrafında artan gərginlik, ABŞ-nin bu ölkəyə qarşı hərbi əməliyyatlara başlaması ilə bağlı demək olar ki, hər ötən saat fərqli yanaşmalar sərgilənir. Nə baş verəcəyi və ən pis ssenarilər ətrafında da mülahizələr səslənir…

– Dünəndən İran ətrafında vəziyyət gərginləşib. Artıq bu istiqamətdə danışıqlar başlayıb. Qonşu ölkələrin təşəbbüsü isə o idi ki, İstanbulda ABŞ və İran arasında bu mövzulara aid danışıqlar baş versin. Bunu isə İran və ABŞ qəbul etmədi. Beləliklə, artıq siyasi üslublar işləmir. Çoxları ümid edirdi ki, danışıqlar yolu ilə hansısa nəticələr əldə olunacaq. Hələlik, isə tərəflər öz mövqelərində qalır. Şərtlər də qüvvədədir. ABŞ-nin tələbləri dəyişməyib. Öz növbəsində İranın bu şərtlərə münasibətində dəyişiklik yoxdur. Faktiki olaraq, böhran pik vəziyyətə çatıb.

– Baş verə biləcək istənilən hadisənin ümumilikdə regiona təsiri necə ola bilər? Çünki İranı bir çox hallarda İraq, Liviya və digər ölkələrlə müqayisə edərək burada fərqli situasiyaların yaşanacağı da proqnozlaşdırılır…

 Bəlli olan odur ki, İrana qarşı ABŞ tərəfindən quru əməliyyatlar baş verməyəcək. Aviasiya və raket zərbələri ilə İranın vurulması gözləniləndir. Öz növbəsində İran da buna qarşı adekvat addımlar atacağını bəyan edib. Rəsmi Tehran İsrail və bəzi ərəb ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirəcəyini açıqlayıb.

– Yaranacaq hərbi gərginlik Fars körfəzinin fəaliyyətinə necə təsir edəcək?

– Sözsüz ki, Fars körfəzindən neftin və maye qazın ixracı bu halda dayanacaq. Beləliklə, qarşılıqlı olaraq uzun müddətli zərbələrin endirilməsi proqnozlaşdırılır. İrana zərbələrin endirilməsi üçün şərait yaranıb. Bu ölkənin hava müdafiə sistemi hələ ötən ilin 12 günlük hərbi əməliyyatları zamanı ciddi zərər görüb. Ona görə də, İrandakı kritik infrastruktur obyektlərini müdafiə etmək çox çətin olacaq.

– İranın ali dini rəhbərliyinin əsas hədəflər sırasında olacağı ehtimalı varmı?

– Bu istisna edilmir. İranın ali dini rəhbərliyi və İnqilab Keşikçiləri Korpusu ABŞ-nin əsas zərbə obyektləri olacağı ehtimalı böyükdür.

– Ölkənin ali rəhbərliyinin hədəf alınması və yaxud onun sıradan çıxarılması fonunda nə baş verə bilər?

– Hazırda İranda bir-birindən fərqli, amma funksiyaları təkrar edilən bir sistem var. Bunlardan biri yəni, prezident üsul- idarəsi mədəni hakimiyyət hesab edilir. Digər qrup isə teokratların hakimiyyətidir. İran konstitusiyasına görə, dövlət başçısı dini lider hesab olunur. Dövlətin seçilmiş prezidenti hazırda Məsud Pezeşkian olsa da, dini liderin səlahiyyətləri ondan üstündür. Çünki orada ali dini lideri xüsusi məşvərət şurası seçir. Bu daha çox Vatikandakı sistemə oxşayır. Elə bil ki, kardinallar Roma papasını seçirlər. İrandakı ali dini lider də təxminən bu sistemə oxşar formada seçilmiş olur. ABŞ-nin də əsas zərbələri məhz bu sistemə qarşı olacaq. Bu baş versə, İranın idarəetməsindəki ziddiyyətlər daha da güclənəcək.

– Bir müddət öncə İranda baş verən etirazların əsas hədəfi nə idi? Yenidən onların imkanlarından istifadə edilməsi ehtimalı varmı?

– Əslində bu etirazların da əsas istiqaməti İranın ruhani sistemi idi. Qadağalar və etirazçılara qarşı güc tətbiqi İnqilab Keşikçiləri Korpusu və “Bəsic” tərəfindən həyata keçirildi. Hələlik isə onlar da atılacaq addımları gözləyirlər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button